Vüqar Həşimov və Teymur Rəcəbovun növbəti rəqibləri məlumdur
06 Sentyabr 2011 Çərşənbə Axşamı 01:42
Qrossmeysterlərimiz Vüqar Həşimov və Teymur Rəcəbov danimarkalı və rusiyalı şahmatçılarla qarşılaşacaqlar.
Dünya şahmat kubokunun 3-cü dövrəsi bir çox nəticəli və parlaq oyunları ilə ciddi mübarizə şəraitində keçib. AzərTAc xəbər verir ki, dördüncü raundda beynəlxalq qrossmeyster Vüqar Həşmov Peter-Heyne Nilsenlə, Teymur Rəcəbov isə rusiyalı Dmitri Yakovenko ilə görüşəcək. Bu mərhələdə həmçinin aşağıdakı cütlüklər qüvvələrini sınayacaqlar: Yudit Polqar (Macarıstan) - Lenyer Dominges (Kuba), Qata Kamski (ABŞ) - Pyotr Svidler (Rusiya), Ruslan Ponomaryov (Ukrayna) - Lazaro Bruson (Kuba), Vasili İvançuk (Ukrayna) - bu Syançji (Çin), Yaroslav Jerebux (Ukrayna) - David Navara (Çexiya), Aleksandr Qrişşuk (Rusiya) - Vladimir Potkin (Rusiya). ANSPRESS
DOSTLARINLA PAYLAŞ: