Vüqar Həşimov qızıl medal alıb
12 Oktyabr 2009 Bazar Ertəsi 13:35
Təmsilçimiz Vüqar Həşimov İsrail klubunun heyətində ən yaxşı nəticə göstərib.
Azərbaycanlı beynəlxalq qrossmeyster Vüqar Həşimov qızıl medal qazanıb. Həmyerlimiz oktyabrın 3-dən 11-dək Makedoniyanın Oxrid şəhərində keçirilən şahmat üzrə 25-ci klublararası Avropa kuboku yarışlarında İsrailin “Aşdod” komandasını təmsil edib. Klubda mübarizə apardığı taxtada ən yüksək nəticə göstərmiş Vüqar Həşimov fərdi hesabda 6 oyundan 5 xal toplayaraq qızıl medala sahib çıxıb. Vüqar Həşimov klubunun heyətində keçirdiyi 6 görüşün 4-də qələbə qazanaraq, 2-də heç-heçə edib. 2-ci yerə ukraynalı Yevgeni Miroşniçenko, 3-cü yerə isə Rusiya şahmatçısı Mixail İvanov layiq görülüb.

Azərbaycanın şahmatçısı Vüqar Həşimov son 1 ay ərzində iştirak etdiyi hər 3 turnirin qalibi olub.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar