Vüqar Həşimov qələbə silsiləsini davam etdirir
06 Yanvar 2011 Cümə Axşamı 00:15
İtaliyadakı Yeni il turnirinin qalibi sonuncu turda müəyyənləşəcək
İtaliyanın Recio-Emiliya şəhərində şahmat üzrə ənənəvi Yeni il turnirinin 8-ci turu başa çatıb. Azərbaycan qrossmeysteri Vüqar Həşimov çexiyalı David Navaraya qarşı ağ fiqurlarla oynayıb. Oyun 54-cü gedişdə həmyerlimizin qələbəsi ilə başa çatıb.

Vüqar Həşimovun ən yaxın rəqibi-ispaniyalı Fransisko Valyexo da qalib gəlib. Ona görə də şahmatçımız 1-2-ci yerləri bölüşdürməkdə davam edir. Hər şey sonuncu turda həll olunmalıdır. Bu turda Vüqar amerikalı Aleksandr Onişuk, Fransisko Valyexo isə erməni Sergey Movsesyanla qarşılaşmalıdır.

8-ci turun nəticələri: Vüqar Həşimov (Azərbaycan)-David Navara (Çexiya) 1:0; Fransisko Valyexo (İspaniya)-Aleksandr Onişuk (ABŞ) 1:0; Fabiano Karuana (İtaliya)-Sergey Movsesyan (Ermənistan) 0,5-0,5; Aleksandr Morozeviç (Rusiya)- Mixel Qodena (İtaliya) 1:0; Nayjel Şort (İngiltərə)- Vasili İvançuk (Ukrayna) 0:1.

Səkkiz turdan sonra turnir cədvəli: Həşimov,Valyexo-5,5 xal, Movsesyan-4,5, Onişuk, Navara, Karuana, İvançuk, Morozeviç-4, Şort-3,5, Qodena-1.


DOSTLARINLA PAYLAŞ:

oyunlar