Vüqar Həşimov Levon Aronyan qarşıdurması
17 Mart 2011 Cümə Axşamı 10:07
Vüqar Həşimov Levon Aronyanla üz-üzə.
Monakonun Monte-Karlo şəhərində keçirilən “Amber” superturnirində bir günlük istirahətdən sonra v turun görüşləri oynanılacaq. ANS PRESS-in beynəlxalq şahmat turnirinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmyerlimiz Vüqar Həşimov v tur çərçivəsində turnirin liderlərindən olan erməni şahmatçı Levon Aronyanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 12 qrossmeysterin mübarizə apardığı “Amber” turnirində həmyerlimiz 4 turdan sonra aktivinə 4 xal yazdıraraq 5-8-ci yerləri bölüşdürür. Levon Aronyan isə 6 xalla Norveç qrossmeyteri Maqnus Karlsenlə birlikdə 1-2-ci yerləri bölüşür.
Xatırladaq ki, “Amber” turnirinin ümumi mükafat fondu 227 min avrodur. Turnirin sponsoru yarışa maliyyə vəsaiti ayırmaqdan imtina etdiyi üçün “Amber” superturniri son dəfə keçirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: