Vüqar Həşimov İtaliyada beynəlxalq turnirin qalibi oldu
07 Yanvar 2011 Cümə 00:25
Həmyerlimiz 9 mümkün xaldan 6 xal toplayaraq birinci yeri tutub
İtaliyanın Recio-Emiliya şəhərində ənənəvi 53-cü beynəlxalq şahmat turniri başa çatıb. 19-cu kateqoriya daşıyan bu turnirdə Azərbaycanın idman şərəfini beynəlxalq qrossmeyster Vüqar Həşimov qoruyub. Həmyerlimiz inamlı oyun nümayiş etdirərək 9 mümkün xaldan 6 xal toplayaraq turnirin qalibi adına layiq görülüb.
Son turda Vüqar Həşimov qara fiqurlarla Amerika şahmatçısı Aleksandr Onişukla heç-heçə oynayıb. Vüqarın əsas rəqibi - ispaniyalı Fransisko Valyexo da Sergey Movsesyanla heç-heçə oynayıb. Həm Vüqar Həşimov, həm də Fransisko Valyexo eyni xal toplasalar da, əlavə göstəricilərə görə həmyerlimiz birinci yeri tutub.
DOSTLARINLA PAYLAŞ: