Vüqar Həşimov İsrail şahmatçısı ilə heç-heçə oynayıb
08 İyun 2009 Bazar Ertəsi 09:35
Rusiyada keçirilən beynəlxalq turnirdə iştirak edən şahmatçımız 5-cü turda Emil Sutovski ilə sülh bağlayıb

 

Şahmat üzrə sabiq Dünya çempionu Anatoli Karpovun şərəfinə keçirilən beynəlxalq turnirdə 5-ci turun oyunları keçirilib. Yarışda ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster Vüqar Həşimovun bu turdan qazancı yarım xal olub. Şahmatçımız israilli həmkarı Emil Sutovski ilə heç-heçə edib. Bu nəticədən sonra aktivini 4 xala yüksəldən Vüqar Həşimov, rus Aleksandr Motılyovla ilk iki pilləni bölüşdürür. Ən güclü üçlüyü yarım xallıq geriləmə ilə almaniyalı Arkadi Naydiç tamamlayır. Bu gün turnirdə istirahət günüdür. Sabah isə yarışda 6-cı turun oyunları keçiriləcək. Bu dəfə şahmatçımız Vüqar Həşimovun rəqibi rusiyalı Ernesto İnarkiyev olacaq. Dairəvi sistem üzrə keçirilən yarışın qalibi iyun ayının 12-də məlum olacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar