Vüqar Həşimov İspaniya çempionu oldu
30 Avqust 2010 Bazar Ertəsi 18:15
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun komandası Sestao turnirini birinciliklə başa vurub.
Sestaoda keçirilən İspaniyanın komanda çempionatı beynəlxalq qrossmeyster Vüqar Həşimovun komandasının qələbəsi ilə başa çatıb. Çempion komandanın tərkibində Vüqar Həşimov (Azərbaycan), Fransisko Valyexo Pons (İspaniya), Yan Smets (Niderland), Yan Qustafsson (Almaniya), İvan Salqado Lopez (İspaniya), Aleksandr Qraf (Almaniya) daxildir.

Azərbaycanlı beynəlxalq qrossmeysterin komandası birinci yer uğrunda yarışda İspaniya qrossmeysteri Aleksey Şilovun komandasına 4,5:1,5 hesabı ilə qalib gəlib.

Məhz Vüqar Həşimovun birinci taxtada uğurlu oyunu komanda turnirinin mükafatçısının müəyyən edilməsində həlledici rol oynayıb. Budəfəki turnirdə komandanın rəqibləri arasında 2700-dən artıq reytinqi olan 4 şahmatçı var idi.

Bu, V.Həşimovun birinci İspaniya mükafatı deyil. 2009-cu ildə o, elə bu komandanın tərkibində İspaniyanın vitse-çempionu olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar