Vüqar Həşimov dünya çempionu ilə
02 Mart 2010 Çərşənbə Axşamı 17:25
Vüqar Həşimov Vişvanatan Anand görüşü heç-heçə başa çatıb
Almaniya şahmat Bundesliqasının 10-11-ci turları başa çatıb. Yarışlarda Azərbaycan qrossmeysterləri Vüqar Həşimov (2740) və Şəhriyar Məmmədyarov (2721) iştirak edir. Hər iki şahmatçımız “Verder” klubunun şərəfini qoruyur.

10-cu turda Vüqar Həşimovun komandasının rəqibi Vişvanatan Anandın şərəfini qoruduğu “Baden-Baden” komandası olub. Klubun liderləri 40-cı gedişdə öz aralarında sülh bağlayıb. İkinci lövhədə isə Şəhriyar Məmmədyarov Pyotr Svidler (Rusiya 2741) ilə heş-heçə oynayıb. Nəticədə azərbaycanlıların iştirak etdiyi komanda “Baden-Baden”ə 5:3 hesabı ilə qalib gəlib.

11-ci turda isə “Verder Bremen” Vyaçeslav İkonnikovun “Heydelberq-Handsşulşeym” komandası ilə görüşüb. Birinci lövhədə Vüqar Həşimov Vyaçeslav İonnikova, ikinci lövhədə isə Şəhriyar Məmmədyarov Dmitri Svetuşkinə qalib gəlib. Bu turda “Verder Bremen” klubu “Heydelberq-Handsşulşeym”i 7,5:0,5 hesabı ilə məğlub edib.

11-ci turdan sonra Almaniya Bundesliqasında 20 xalla “Baden-Baden”, “Solingen” və “Verder-Bremen” liderlik edir. Növbəti 12-ci və 13-cü turun görüşləri aprel ayının axırlarında keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar