Vüqar Həşimov “Chess Classic Mainz” turnirində
06 Avqust 2010 Cümə 23:20
Beynəlxalq qrossmeyster Vüqar Həşimov sürətli şahmat üzrə çempionluq uğrunda mübarizə aparacaq.
Avqustun 7-8-də Almaniyanın Maynts şəhərində keçiriləcək şahmat üzrə illik açıq “Chess Classic Mainz” turniri keçiriləcək. Sürətli şahmat üzrə Dünya çempionatında qələbə uğrunda Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimov da mübarizə aparacaq.

İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq bu turnirdə yüzlərlə şahmatçı, o cümlədən məşhur qrossmeysterlər iştirak edəcəklər. Hər partiya 20 dəqiqə davam edəcək, hər sonrakı gediş üçün isə 5 saniyə vaxt ayıralacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar