Vüqar Həşimov “Amber” turnirinə qələbə ilə başladı
13 Mart 2011 Bazar 03:03
Qrossmeysterimiz Vüqar Həşimov ukraynalı Vasili İvançuku iki ardıcıl partiyada məğlub edib.
Monakoda 20-ci “Amber” turniri başlayıb.Turnirdə 12 güclü qrossmeyster dairəvi sistemlə bir gözübağlı və bir sürətli partiya oynayırlar.
Turnirin ilk günündə Azərbaycan şahmatçısı Vüqar Həşimov Ukrayna təmsilçisi Vasili İvançuka qalib gəlib. O, partiyaların hər ikisində ukraynalı şahmatçıdan üstün olub.
1-ci turun nəticələri
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) - 0,5:1,5 (gözübağlı partiya - 0,5:0,5)
Levon Aronyan (Ermənistan) - Aniş Giri (Hollandiya) - 2:0 (1:0)
Vasili İvançuk (Ukrayna) - Vüqar Həşimov (Azərbaycan) - 0:2 (0:1)
Sergey Karyagin (Rusiya) - Boris Helfand (İsrail) - 0:2 (0:1)
Aleksandr Qrişşuk (Rusiya) - Vladimir Kramnik (Rusiya) - 2:0 (1:0)
Vişvanatanu Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) - 1,5:0,5 (1:0)
Qeyd edək ki, turnirin mükafat fondu 227 min avrodur. Yarışlar martın 25-nədək davam edəcək. Martın 16-sı və 21-i şahmatçılar istirahət edəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: