Şahmatçımız Vüqar Həşimov mükafat fondu 126 min avro olan yarışın ilk günündə Kuba şahmatçısını məğlub edib.
Fransanın Nitse şəhərində dünyanın aparıcı qrossmeysterlərinin iştirakı ilə Amber-2010 turniri başlayıb. Mükafat fondunun 216 min avro olduğu böyük yarışa ən yüksək şahmat reytinqinin sahibi, norveçli Maqnus Karlsen (2813), üçündü yeri tutan keçmiş düyna çempionu, rusiyalı Vladimir Kramnik (2790), son iki ildə Nitse turnirinin qalibi, erməni Levon Aronyan (2782), rusiyalılar Aleksandr Qrişşuk (2756), Pyotr Svidler (2750), israilli Brois Helfand (2750), ukraynalılar Vasili İvançuk (2748), Ruslan Ponomoryov (2737), azərbaycanlı Vüqar Həşimov (2740), Rusiya bayrağı altında çıxış edən ukraynalı Sergey Karyagin (2725), kubalı Linyer Dominges (2713) və hollandiyalı Yan Smits (2651) qatılıblar.Rəqiblər hər tur ərzində bir-biri ilə iki partiyada sürətli şahmat oynayacaqlar. Onlardan biri taxtaya baxmadan oynanılacaq.
Yarışın ilk günündə qrossmeytsterimiz Vüqar Həşimov kubalı Linyer Domingeslə qarşılaşıb. Vüqar birinci oyunda 1,5:0,5 qalib gəlib. Taxtğaya baxmadan oynanılan oyunda şahmatçımız üstün olub-1:0 hesabı ilə qalib gəlib.
Günün digər nəticələri:
Aleksandr Qrişşuk- Vladimir Kramnik 1:1 (taxtaya baxmadan 1:0)
Ruslan Ponomoryov- Brois Helfand 2:0 (1:0)
Maqnus Karlsen- Vasili İvançuk 0:2 (0:1)
Pyotr Svidler- Yan Smits 1,5:05 (1:0)
Sergey Karyagin-Levon Aronyan 1:1 (1:0)
Nitse turniri martın 25-də başa çatacaq.
ANSPRESS