Qrossmeysterimiz Vüqar Həşimov 8,5 xalla turnir cədvəlinin 7-ci pilləsindədir.
Şahmat üzrə “Amber-2010” turnirinin 8-ci turunun qarşılaşmaları keçirilib. Azərbaycanlı qrossmeyster Vüqar Həşimov hollandiyalı Yan Smitslə qarşılaşıb. Şahmatçımız iki oyunun nəticəsinə görə 1,5:0,5 hesabı ilə qalib gəlib. Rəqiblər gözbağlı partiyada qalibi müəyyənləşdirə bilməyiblər. Sürətli şahmatda isə Vüqar Həşimov üstün olub.
8-ci turun digər qarşılaşmalarının nəticələri:
Pyotr Svidler (Rusiya)- Ruslan Ponomaryov (Ukrayna) 1:1
Sergey Karyakin (Rusiya)-Aleksandr Qrişşuk (Rusiya) 0,5:1,5
Vasili İvançuk (Ukrayna)-Linyer Dominges (Kuba) 1:1
Maqnus Karlsen (Norveç) - Vladimir Kramnik (Rusiya) 0,5:1,5
Levon Aronyan (Ermənistan)-Boris Helfand (İsrail) 1:1
Turnir cədvəli: Vasili İvançuk-11 xal, Maqnus Karlsen-10 xal, Boris Helfand, Vladimir Kramnik-hər biri 9,5 xal, Aleksandr Qrişşuk, Sergey Karyakin-hər biri 9 xal, Vüqar Həşimov, Pyotr Svidler-hər biri 8,5 xal, Levon Aronyan-7 xal, Ruslan Ponomaryov-6,5 xal, Yan Smiit-4 xal, Linyer Dominges-3,5 xal.
Mükafat fondunun 216 min avro olduğu “Amber-2010” turniri martın 25-dək davam edəcək. ANSPRESS