Vüqar Həşimov “Amber-2010”-da növbəti məğlubiyyətə uğradı
16 Mart 2010 Çərşənbə Axşamı 01:20
Rusiyalı qrossmeyster Vladimir Kramniyə uduzan həmyerlimiz turnir cədvəlində liderdən 2,5 xal geri qalır
Azərbaycalı qrossmeyster Vüqar Həşimov Fransanın Nitse şəhərində keçirilən şahmat üzrə “Amber-2010” turnirində növbəti məğlubiyyətə uğrayıb. Şahmatçımız keçmiş dünya çempionu, rusiyalı Vladimir Kramnikə həm sürətli şahmatda uduzub, taxtaya baxmadan oyundan isə tərəflər sülhlə ayrılıblar- 0:1 və 0,5:0,5.

Ukraynalı qrosmeyster isə rusiyalı Sergey Karyaginə qalib gəlməklə turnir cədvəlində liderliyi ələ keçirib.

“Amber-2010” turnirində 3-cü turun nəticələri:

Aleksandr Qrişşuk (Rusiya) - Boris Helfand (İsrail) 1:1 (taxtaya baxmadan oyun 0,5:0,5)

Linyer Dominges (Kuba) - Ruslan Ponomoryov (Ukrayna) 1:1 (0,5:0,5)

Pyotr Svidler (Rusiya) - Maqnus Karlsen (Norveç) 0:2

Sergey Karyagin (Rusiya) - Vasili İvançuk (Ukrayna) 0,5:1,5

Yan Smits (Hollandiya) - Levon Aronyan (Ermənistan) 0:2

Üç turdan sonra turnir cədvəlində vəziyyət: Vasili İvançuk-4,5; Ruslan Ponomoryov, Vladimir Kramnik, Aleksandr Qrişşuk, Boris Helfand, Levon Aronyan-hər biri 3; Pyotr Svidler, Sergey Karyagin-hər biri 2,5; Vüqar Həşimov, Linyer Dominces-hər biri 2; Yan Smits-1,5.

Mükafat fondunun 216 min avro olduğu “Amber-2010” turniri martın 25-dək davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar