Vulkan Azərbaycana da təsir etdi
19 Aprel 2010 Bazar Ertəsi 10:05
"Azərbaycan Güləş Federasiyasının Kuboku" beynəlxalq turniri təxirə salınıb.
Bakıda keçirilməsi nəzərdə tutulan yeniyetmə və gənclər arasında "Azərbaycan Güləş Federasiyasının Kuboku" beynəlxalq turniri təxirə salınıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, FİLA prezidenti Rafael Martinettinin qərarına əsasən yarış İslandiya ərazisində yerləşən Eyyafyatlayokudl vulkanının fəaliyyətə başlaması nəticəsində Avropa ölkələrinin əksəriyyətində təyyarə reyslərinin təxirə salınması ilə bağlı başqa vaxta keçirilib. "AGF Kuboku"nun keçirilmə vaxtı ilə bağlı yekun qərar bu yaxınlarda qəbul olunacaq.

Vulkanla əlaqədar Avropa ölkələrini bürümüş duman Bakıdakı Avropa çempionatında iştirak edən bir sıra ölkələrin nümayəndələrinin də paytaxtımızı tərk etməsinə mane olur. Bununla əlaqədar olaraq AGF Bakıdakı qonaqlar üçün xüsusi tədbirlər planı hazırlayıb.

AGF tərəfindən nümayəndə heyətlərinin Bakıda qalması, vaxtlarını səmərəli keçirməsi, mədəniyyətimiz və tariximizlə daha yaxından tanış olmaları üçün onların paytaxtımızın müxtəlif görməli və gəzməli yerlərinə ekskursiyaları təşkil olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar