Volkan Dəmirəlin yeni doğulan qızının ilk fotoları
15 Fevral 2014 Şənbə 16:10
Yade adlı körpənin çəkisi 3 kiloqram 620 qram olub.
Türkiyə yığması və "Fənərbaxça" klubunun qapıçısı Volkan Dəmirəlin ötən həftə doğulan qızı Yadenin ilk fotoları yayılıb. ANS PRESS-in məlumatına görə. Fotolar sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, futbol üzrə Türkiyə yığmasının və “Fənərbaxça” klubunun qapıçısı Volkan Dəmirəl ötən həftə ata olub. Futbolçunun xanımı, model Zeynəb Dəmirəl səhər saatlarında qızını dünyaya gətirib. Yade adlı körpənin çəkisi 3 kiloqram 620 qram olub.

Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ailə qurub.











DOSTLARINLA PAYLAŞ:

oyunlar