Voleybolçu qızlarımız Avropada rəqib tanımır
25 Fevral 2011 Cümə 10:36
“Rabitə” səfərdə Polşanın “Fakro” klubuna qalib gəlib
Çempionlar Liqasında ölkəmizi təmsil edən qadınlardan ibarət “Rabitə” voleybol klubu “dördlər finalı”na vəsiqə uğrunda səfərdə keçirdiyi ilk matçında qələbə qazanıb. ANS PRESS-in məlumatına görə, Deyan Brdjoviçin yetirmələri səfərdə Polşanın “Fakro” klubuna bir set belə hədiyyə etməyərək inamlı qələbə qazanıb.

İlk set bərabər mübarizə şəraitində keçib və “rabitəçilər” hissəni 25:23 hesabıyla qazanıblar. İkinci set də komandamızın qələbəsilə yekunlaşıb – 25:21

“Rabitə” üçüncü setdə də rəqibini 25:19 məğlub edərək matçdan 3:0 hesablı qələbə ilə ayrılıb. Bu komandalar arasında cavab matçı martın 3-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar