VKC karate idman növü üzrə yarış
24 Aprel 2009 Cümə 16:15
Sumqayıtda VKC karate idman növü üzrə yarış keçiriləcək
Sumqayıt Paralimpiya İdman Kompleksində beynəlxalq turnir keçiriləcək.  Ümummilli lider H. Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş VKC karate idman növü üzrə yarış aprel ayının 25-26-da baş tutacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumat görə,  II beynəlxalq turnir 6 yaşdan 18 yaşa qədər uşaqlar, yeniyetmələr və gənclər arasında olacaq.
Bu tarixlədə həmçinin 18 yaşdan yuxarı kişilər və qadınlar arasında da "Prezident kuboku" baş tutacaq.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar