Vitse prezidentin maşınını oğruladırlar
20 İyul 2014 Bazar 13:50
İtaliyanın “İnter” klubunun vitse prezidenti Xavyer Zanetti hücuma məruz qalıb.
İtaliyanın “İnter” klubunun vitse prezidenti Xavyer Zanetti hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, oğrular axşam saatlarında vitse prezidentə və onun atasında hücum edib.

Axşam vaxtı əfsanəvi argentinalı futbolçu Buenos-Ayres şəhərində atası ilə birlikdə şirkətlərinə gedərkən bir neçə nəfər onlara yaxınlaşıb. Oğrular silahlı olub. Vitse prezidenti ölümlə hədələyən oğrular onlardan maşının açarlarını və üzərində olan qiymətli əşyaları tələb edib.

Xavyer Zanetti və onun atası isə oğrular nə istəyibsə hamısını verib. X.Zanetti polisə şikayət edib. Polis oğruların tapılması istiqamətində axtarışlara başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar