Vitali Kliçko partiya sədri olub
24 Aprel 2010 Şənbə 17:25
Peşəkar boksçu Vitali Kliçko aktiv şəkildə siyasətə qoşulur.
Ağırçəkili ukraynalı peşəkar boksçu Vitali Kliçko yeni “İslahatlar naminə Ukrayna demokratik alyansı” qısaca “UDAR” partiyasına rəhbərlik edəcək.

Vitali Kliçko 2006-cı ildə Kiyev şəhərinin meri seçilmək üçün də öz namizədliyini irəli sürmüşdü. Ancaq o, ikinci yeri tutaraq hazırki mer Leonid Çernovetskiyə məğlub olmuşdu.

“Bizim komandanın məqsədi ölkənin uğurlarına şərik olmaqdır. Biz aktiv, təhsilli, uğurlu şəxsləri bir yerə cəm edərək onları ölkənin idarəemə sisteminə cəlb etməkdir. Yalnız bundan sonra Ukraynada real dəyikliklərə ümid etmək olar”-deyə Vitali Kliçko bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar