Vitali Kliçko nokautla qalib gəldi
30 May 2010 Bazar 03:45
Polşalı Albert Sosnovskini nokauta salan Vitali Kliçko çempion titulunu qorudu.
Ukraynalı boksçu Vitali Kliçka WBC versiyası üzrə superağır çəkidə çempion titulunu qoruyub. O, polşalı Albert Sosnovskini nokauta salıb.

Almaniyanın Qelzenkirhen şəhərində keçirilən döyüş 10-cu raundda başa çatıb. Orta sürətdə keçən döyüşdə 38 yaşlı Vitali Kliçko üstünlüyə malik olab. O, ardıcıl xallar qazanıb və 31 yaşlı rəqibinin ani hücumlarından soyuqqanlılıqla müdafiə olunub. Döyüşün kulminasiyası sona 2,5 raund qalmışa təsadüf edib. Taqətdən düşmüş polşalı boksçu başından bir neçə güclü zərbə alıb və hakim döyüşü dayandırıb.

Beləliklə, Vitali Kliçko 2007-ci ildə peşəkar boksa qayıdışından sonra çempionluq kəmərini dördüncü dəfə qorumuş olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar