“Visla”nın baş məşqçisi qovuldu
06 Avqust 2010 Cümə 19:20
Klub rəhbərliyi yeni baş məşqçi axtarışlarına başlayıb.
Dünən “Qarabağ”ın Bakıda 3:2 hesabı ilə məğlub edib, mübarizədən kənarlaşdırdığı “Visla”nın baş məşqçisi Henrik Kasperçak komandadan qovulub. "Qol.az"-ın məlumatına görə, buna Krakov təmsilçisinin ötən il olduğu kimi, bu il də avrokuboklarda uğursuz çıxışı səbəb olub. Yeni çalışdırıcının adı müəyyənləşənə kimi onu bu postda köməkçisi Tomaş Kulavik əvəzləyəcək.
Artıq “Visla” rəhbərliyi yeni baş məşqçi axtarışlarına da başlayıb. Polşa mətbuatının yazdığına görə, Krakov klubu yeni çalışdırıcısını vətənində yox, ölkə xaricində axtarır.
Qeyd edək ki, Kasperçak Krakov təmsilçisinə martın 15-də baş məşqçi təyin edilmişdi. Onun komandası “Qarabağ”a doğma meydanda 0:1, səfərdə isə 2:3 hesabıyla uduzmaqla, mübarizəni dayandırdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: