Visente Del Boskeyə çatan yoxdur
06 Yanvar 2011 Cümə Axşamı 16:45
Yığma komandaları çalışdıran ən yaxşı məşqçilərin siyahısı hazırlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin ən yaxşı milli komandaları çalışdıran baş məşqçilərin siyahısını hazırlayıb. Qurumun araşdırmalarına əsasən 2010-cu ilin ən yaxşı yığma baş məşqçisi kimi İspaniya millisinin çalışdırıcısı Visente Del Boske seçilib. Son dünya çempionatının qalibi olan ispaniyalı futbol mütəxəssisinin aktivində 298 xal var. Son dünya çempionatının vitse-çempionu Yoahim Löv isə 168 xal toplayaraq Visente Del Boskedən sonra ikinci pillədə qərarlaşıb.

Sonrakı yerləri müvafiq olaraq Bert Van Marvik (Hollandiya), Oskar Tabares (Uruqvay), Milovan Rajevats (Qana), Marselo Bielsa (Çili), Fabio Kapello (İngiltərə), Jerardo Martino (Paraqvay), Dunqa (Braziliya), Zlatko Krançar (Çernoqoriya), Robert Bredli (ABŞ), Takeşi Okada (Yaponiya), Vladimir Vays (Slovakiya), Xavyer Aqirre (Meksika), Riçard Herbert (Yeni Zelandiya), Ottmar Hitsfeld (İsveçrə) və Hassan Şehata (Misir) tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar