“Vilyareal” İspaniya Kubokunun 1/4 final mərhələsinə çıxdı
07 Yanvar 2011 Cümə 01:35
Komandanın yarımfinala vəsiqə uğrunda növbəti rəqibi “Sevilya” olacaq
“Vilyareal” klubu “Valensiya” ilə dramatik mübarizədə iki oyunun nəticəsinə görə İspaniya Kubokunun 1/4 final mərhələsinə vəsiqəni əldə edib. Valensiyada dekabrın 21-də keçirilən ilk qarşılaşmada hesab açılmamışdı. Cavab oyununda isə “Vilyareal” 4:2 hesabı ilə qalib gəlib.

Cavab oyununda əvvəlində “yarasalar” təşəbbüsü ələ alıblar və Evere Baneqi (5-ci dəqiqə) və Robert Soldadonun (23-cü dəqiqə) qolları ilə hesabda irəli çıxıblar. Lakin “sarılar” təslim olmaq niyyətində olmayıblar və fasilədən sonra oyunun edişində 180 dərəcəlik dəyişikliyə nail olublar. 47-ci dəqiqədə Santyaqo Kasorla hesab arasındakı fərqi azaldıb, cəmi iki dəqiqə sonra isə Cüzeppe Rossi penalti ilə hesabı bərabərləşdirib. Amma meydan sahibləri bununla da kifayətlənməyiblər və 63-cü dəqiqədə Markos Ruben “Vioyareal”ı hesabda irəli süxarıb. Oyunda son nöqtəni 90-cı dəqiqədə Cüzeppe Rossi qoyub - 4:2.

“Vilyareal” yarımfinala çıxmaq üçün “Malaqa”nı iki oyunda ümumilikdə 8:3 hesabı ilə məğlub edən “Sevilya” ilə mübarizə aparacaq.

“Hetafe”yə ilk oyunda 1:2 hesabı məğlub olan “Betis” cavab qarşılaşmasında 3:1 hesabı ilə qalib gəlib və 1/4 finala çıxıb. “Almeriya” isə “Malyorka”nı iki dəfə 4:3 hesabı ilə məğlub edərək (ümumi hesab 8:6) növbəti mərhələyə vəsiqə qazanıb. “Almeriya” növbəti mərhələdə “Deportivo” ilə, “Betis” isə “Barselona” ilə qarşılaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar