Victor Valdes Barselona klubunu terk edir
08 Sentyabr 2013 Bazar 14:56
Qapıçı Victor Valdes özünü yeni klubda sınamaq isteyir.
Kataloniyanın “Barselona” klubunun qapıçısı Viktor Valdes özünü yeni klubda sınamaq istəyir. ANS PRESS-in xarici mediayaya istinadən məlumatına görə, Vikror Valdesin bü mövsümün əvvəlində Kataloniya klubunu tərk edəcəyi gözlənilsə də, rəhbərlik onu bir il müddətində komandada saxlaya bilsə də, qolkiper “Barsa”nı tərk etməkdə israrlıdır.

Artıq “Barsa” rəhbərliyi də Valdesin bu istəyi ilə razılaşıb. Viktor Valdes açıqlamasında “Barselona”dakı son mövsümün kuboklar qazanmaq istədiyini bildirib: “Yeni komandada özümü sınamaq istəyirəm. Bu mövsüm mənim üçün xüsusi olacaq. Bir çox kuboklar qazanmağa ümid edirəm”.

Qeyd edək ki, 31 yaşlı qapıçı 2002-ci ildən "Barselona"nın şərəfini qoruyur. “Barsa”nın heyətində meydana çıxdığı 362 oyunda 301 qol qapısında görüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar