Vəzifəli şəxs futbol hakimini döyüb
02 Oktyabr 2009 Cümə 20:15
Gürcüstanın Kvemo-Kartli regionunun qubernatoru Rustavi şəhərində dava salıb
“Olimpi” (Rustavi) ilə “Spartak” (Sxinvali) futbol komandaları arasındakı oyun zamanı baş verən hadisədən sonra Gürcüstanın Kvemo-Kartli regionunun qubernatoru David Kirkitadze tutduğu vəzifəsindən azad edilib. Buna səbəb Kirkitadzenin oyundan sonra hakimə qarşı kobud davranışı olub.

Kirkitadze tutduğu vəzifədən azad olunması faktını təsdiq etmir. Qubernatorun sözlərinə görə, onu vəzifəsindən azad etməyiblər və hazırda o, iş yerindədir. Regional İdarə və İnfrastruktur Nazirliyində də bu faktı təsdiqləmirlər.

Qeyd edək ki, Gürcüstanın futbol üzrə çempionatında Rustavi şəhərinin "Olimpi" klubu liderlər sırasındadır. "Spartak"la ev oyunu 1:1 hesabı ilə başa çatması Rustavi klubunun turnir cədvəlində ikinci sırada qərarlaşmasına səbəb olub. Rustavi komandasının rəhbərliyi matçın heç-heçə başa çatmasında oyunun baş hakimini günahlandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar