Veteranlar arasında Avropa çempionatı keçiriləcək
01 Oktyabr 2010 Cümə 23:02
Qitə birinciliyində Azərbaycan idmanının şərəfini 9 cüdoçu qoruyacaq.
Oktyabrın 7-dən 10-dək Xorvatiyada yaşı 30-dan yuxarı olan usta idmançılar arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək (beynəlxalq təsnifata görə veteranlar arasında yarışlar bu cür adlanır). Qitə birinciliyində Azərbaycan idmanının şərəfini 9 cüdoçu qoruyacaq.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, çempionatın ən yüksək mükafatlarına iddiaçılar sırasına Zülfüqar Hüseynov, Müşfiq Cəfərov (hər ikisi – 66 kq çəki dərəcəsində), Rafiq Hüseynov, Mübariz Cəfərov, Seyfəl Əsgərov (hər üçü – 81 kq), Fərhad Rəcəbli (90 kq), Azər Ərgərov (100 kq) və zərif cinsin yeganə nümayəndəsi, 78 kq çəki dərəcəsində çıxş edən Zülfiyyə Hüseynova daxil edilib.
Xatırladaq ki, keçən il təşkil edilmiş analoju turnirdə azərbaycanlı veteran cüdoçulardan Fərhad Rəcəbli, Məhəmməd Müslümzadə və Zülfiyyə Hüseynova qızıl medallar qazanıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: