Vest Hem Yunayted klubu satıldı
08 İyun 2009 Bazar Ertəsi 18:45
İslandiyanın CB Holding şirkəti kluba görə 100 milyon funt sterlinq xərcə düşüb

 

İngiltərədə xarici investorlara satılan sonuncu klub "Vest Hem Yunayted" olub. İslandiyalı Straumur-Burdaras investisiya bankının ən böyük ortağı olan Islandiyanın CB Holding şirkəti "Vest Hem Yunayted"i 100 milyon funt sterlinqə satın alıb.

Klubun satıldığı "Vest Hem Yunayted" nümayəndələri tərəfindən də təsdiqlənib. Kluba Anrev Bernhardtın başçılıq edəcəyi bildirilir. Dünyada maliyyə böhranının yaşandığı bir dövrdə komandanı yaxşı idarə edə bilməyən klubun öncəki sahibi və prezidenti Bjorqolfur Qudmundsson və onun müavini Asgeir Fridgeirsson isə klubdan ayrılıblar.

"Vest Hem Yunayted"in baş məşqçisi Canfranko Zola və köməkçisi Steve Klarkein öz postunda qalacaqlar.

Qeyd edək ki, London təmsilçisi Premyer Liqanın 2008/09 mövsümünü 38 matçda qazandığı 51 xalla 9-cu pillədə tamamlayıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar