Veron şeyxlərin təklifini rədd etdi
06 Yanvar 2010 Çərşənbə 16:45
Veron şeyxlərin təklifini rədd etdi. Futbolçu “Mançester Siti”yə transfer olunmayacaq.
Argentinanın "Estudiantes" klubunun futbolçusu Xuan Sebastyan Veron "Mançester Siti" klubundan ona gələn təklifi rədd edib.

“Məsələ pulda deyil. Argentinada qalmağım ailəm üçün atılmış bir addımdır”,-deyə Veron bildirib.
Futbolçu “Estudiantes”də onu hər şeyin qane etdiyini vurğulayıb.

Xatırladaq ki, Xuan Sebastyan Veron uzun müddət "Mançester Yunayted" və "Çelsi" klublarının şərəfini qoruyub.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar