Venus V. 41. çempionluğunu qazandı
02 Mart 2009 Bazar Ertəsi 14:30
ABŞ tennisçisi “Abierto Mexicano Telcel” tennis turnirinin finalında İtalyan tennisçi Flavia Pennettanı məğlub edib

Meksikanın Akapulko şəhərində keçirilən “Abierto Mexicano Telcel” tennis turnirinin finalında, ABŞ tennisçisi Venus Villiams, İtalyan tennisçi Flavia Pennettanı 6-1 və 6-2-lik setlərlə 2-0 məğlub edərək çempion olub.

Matç boyu üstün oyun sərgiləyən Venus, ilk seti 6-1, ikinci seti isə 6-2 hesabı ilə qalib gələrək, matçda rahat qələbə qazanıb. Venus bu nəticə ilə karyerasındakı 41-ci çempionluğunu qazanıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar