Velosipedlə səyahətə çıxan səyyahlar Azəbaycandadırlar
09 Yanvar 2010 Şənbə 12:15
Velosipedlə səyahətə çıxan səyyahlar Azəbaycandadırlar. Səyyahlar bu günə kimi 12 ölkədən keçiblər.
Velosipedlə Avrasiya materikinə səyahətə çıxmış isveçrəli səyyahlar artıq Azərbaycanın Masallı şəhərindədirlər. İsveçrənin paytaxtı Bern şəhərindən olan gənc səyyahların məqsədi Avrasiya ilə əyani tanış olmaq, materik əhalisinin həyat tərzi, mədəniyyət, adət-ənənələri barədə ətraflı məlumat toplamaqdır. Azərbaycan 23 yaşlı Piter Valffenscmidt və Simon Eshholzerin yol boyu keçdiyi 12-ci ölkədir.

Qeyd edək ki, tələbə səyyahlar 2009-cu il sentyabrın 12-dən yola çıxıblar. Onlar İtaliya, Bosniya və Hersoqovina, Monteneqro, Kosovo, Makedoniya, Bolqarıstan, Türkiyə, Gürcüstandan keçiblər. Gənclər İran, Türkmənistan, Özbəkistan, Tacikistandan keçərək Çində Avrasiya səyahətlərini yekunlaşdıracaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar