Vəli Qasımov yetirmələrindən razıdır
23 Fevral 2011 Çərşənbə 23:01
Vəli Qasımov: "Komandada çatışmayan cəhətləri müəyyənləşdirə bildik".
“Məğlub olmağımıza baxmayaraq, komandamın oyunundan razı qaldım. Rəqib yol verdiyimiz səhvlərdən məharətlə istifadə etdi”. Bu barədə millimiz bu gün Antalyada Norveçin “Lillestrom” klubunun əvəzedici komandası ilə qarşılaşmasını şərh edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov deyib.

Vəli Qasımov bildirib ki, qitə birinciliyinin seçmə mərhələsinədək çatışmazlıqları aradan qaldırmağa çalışacaqlar: “Baxımlı oyun oldu. Topa nəzarət edən tərəf biz idik. Ümumiyyətlə, bu təlim-məşq toplanışının bizim üçün çox faydalı olduğunu düşünürəm. Komandada çatışmayan cəhətləri müəyyənləşdirə bildik. Avropa çempionatının seçmə mərhələsinə qədər vaxtımız var, bu çatışmazlıqların üzərində çalışacağıq”. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar