Vəli Qasımov: “Komanda şəklində mübarizə apardıq”
03 Sentyabr 2011 Şənbə 03:11
“Qazaxıstanla oyuna fərqli taktika ilə çıxacağıq”
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Belçika oyunundan sonra təşkil olunmuş mətbuat konfransında millimizin məşqçisi Vəli Qasımov oyunu şərh edib. Onkn sözlərinə görə, oyun çətin olub: “Rəqib çox güclü idi. Müdafiədən oynamağı düşündük və rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Qapımıza təyin olunmuş penaltiyə gəldikdə, hakim epizoda daha yaxın idi. Futbolçular haqda ayrı-ayrılıqda fikir bildirmək istəmirəm. Komanda şəklində mübarizə apardıq. Qarşıda Qazaxıstan yığması ilə oyunumuz var. Bu qarşılaşmaya fərqli taktika ilə çıxacağıq”.
DOSTLARINLA PAYLAŞ: