Vaqif Sadıqov Mahir Şükürovun cavabını verdi
14 Aprel 2011 Cümə Axşamı 19:26
Vaqif Sadıqov:“Onun səviyyəsinə düşmək adıma yaraşmaz”.
Mahaçqalanın “Anji” klubunun böyük məşqçisi Vaqif Sadıqov millimizin futbolçusu Mahir Şükürovun ittihamlarına cavab verib.

Qeyd edək ki, Şükürov “Anji”dən uzaqlaşdırılmasına görə Sadıqovu günahlandırmışdı.

“Şükürovun haqqımda dediklərini eşidəndə, açığı, inanmadım. Onun səviyyəsinə düşmək adıma yaraşmaz. Mahirin “Anji”də qalması üçün nələr etdiyimi Allah bilir. Komandaya yeni gələndə vəziyyəti görüb Mahirlə söhbət etdim. Dedim ki, sən heç kimdən zəif deyilsən və əsas heyətə düşmək üçün sona qədər çalışmalısan. Mən əlimdən gələn köməyi etməyə çalışacağam. Sən demə onun məndən əvvəl kimlərləsə söh-söhbəti varmış. Mənim də bundan xəbərim yox idi. Baş məşqçinin onunla davranışı da qaydasında idi. Mahir əvəzedici heyətlə Türkmənistana yollananda məsləhət verdim ki, başına aşağı sal, futbolunu oyna. Hər şey düzələcək. Mən hardan biləydim ki, məsələ rəhbərlik səviyyəsində həll olunur və kimlərsə onun komandada qalmasını istəmir. Açığı, yığmanın Belçikayla oyunundan sonra bizim düşərgəyə qayıdacağını gözləyirdim. Lakin bu baş verməyəndə məsələnin mahiyyətindən xəbər tutdum. Əvvəldən onun komandaya lazım olmayacağını bilsəydim, özünə deyərdim də”, - deyə V.Sadıqov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar