Vaqif Sadıqov "Anji"nin məşqçisi oldu
11 Yanvar 2011 Çərşənbə Axşamı 18:00
Vaqif Sadıqov klubun baş məşqçisi Hacı Hacıyevə kömək edəcək.
Daha bir azərbaycanlı məşqçi özünə ölkə xaricində iş tapıb. Vaqif Sadıqov Rusiyanın “Anji” klubunun baş məşqçisi olan Hacı Hacıyevin köməkçisi təyin olunub. Bu haqda məlumatı Hacı Hacıyev özü verib. Onun sözlərinə görə, yanvarın 21-də Sadıqov birbaşa “Anji”nin Türkiyədəki təlim-məşq toplanışına yollanacaq və müqavilənin bütün detalları da burada müzakirə olunacaq.

Xatırladaq ki, Vaqif Sadıqov karyerası ərzində Azərbaycan yığmasının və “Neftçi”, "Fərid" klublarının baş məşqçisi olub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar