Vaqif Sadıqov “Anji”də?
07 Yanvar 2011 Cümə 16:00
Futbol mütəxəssisi ANS PRESS-ə açıqlamasında suallara aydınlıq gətirib
Ölkəmizin ən tanınmış futbol məşqçilərindən olan Vaqif Sadıqovun “Anji” klubuna məşqçi təyin ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Vaqif Sadıqovun “Anji”də baş məşqçi Hacı Hacıyevin köməkçisi vəzifəsində çalışacağı yayılan məlumatlar arasındadır.
Bu məsələni dəqiqləşdirmək məqsədilə Vaqif Sadıqovun özü ilə əlaqə saxlamaq qərarına gəldik. Baş məşqçi ANS PRESS-ə açıqlamasında “Anji” klubuna məşqçi təyin edilməsi xəbərinin əsassız olduğunu bildirib. Futbol mütəxəssisi jurnalistlərin tələskənliyə yol verərək hadisələri qabaqladıqlarını vurğulayıb.

Xatırladaq ki, “Anji” futbol klubunda yığmamızın üzvü Mahir Şükürov da çıxış edir. Vaqif Sadıqovla “Anji”nin hazırki baş məşqçisi Hacı Hacıyev arasında dostluq əlaqələri mövcud olduğu da deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar