Vaqif Cavodov Rusiya çempionatında fərqləndi
19 Sentyabr 2011 Bazar Ertəsi 11:18
Həmyerlimiz “Volqa” – “Spartak” oyununda məhsuldar ötürmə ilə yadda qalıb
Yığma komandamızın üzvü Vaqif Cazvadov nəhayət ki, özünü çıxış etdiyi Rusiya çempionatının növbəti turunda yaxşı tərəfdən göstərə bilib. ANS PRESS-in məlumatına görə, hücumçumuz Rusiya çempionatının 24-cü turu çərçivəsində oynanılan “Volqa” – “Spartak” (Nalçik) matçında məhsuldar ötürmə verib. Vaqif Cavadovun künc zərbəsilə ötürdüyü topdan sonra Nikita Maslyarov qola imza atıb.

“Volqa” bu qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, hücumçumuz oyunun ilk dəqiqələrindən meydanda mübarizəyə başlayaraq 90 dəqiqə əvəzedilmədən oynayıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar