Vaqif Cavadovun “Qarabağ”a keçidi təsdiqləndi
13 Avqust 2010 Cümə 13:50
Vaqif Cavadovun “Qarabağ”a keçidi təsdiqləndi. Bu barədə məlumatı Qurban Qurbanov özü verib.
Millimizin hücumçusu Vaqif Cavadov karyerasını “Qarabağ”da davam etdirəcək. Bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "Futbol+" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 21 yaşlı hücumçu Hollandiya karyerasının ardından yenə doğma klubuna qayıdır: “Vaqiflə danışmışam. Bu məsələni həll olunmuş saymaq olar. Problem yaranmasa, o, “Borussiya” ilə oyunlarda bizə kömək edəcək. Sadəcə, klubun direktoru Əmrah Çəlikəlin Türkiyədən qayıtmasını gözləyirəm ki, gəlib “Tvente”ylə məsələni yoluna qoysun”.

Xatırladaq ki, Hollandiya klubunda 7 ay əvvəl transfer olunan Vaqif Cavadovla Rusiyanın “Krılya Sovetov” klubu da maraqlanırdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar