Vaqif Cavadovun klubu rüsvay oldu 
    13 Yanvar 2010 Çərşənbə 11:45
    “Tvente” yoldaşlıq görüşündə “Anderlext”ə 0:5 hesabı ilə məğlub olub
    
                	 
    
         Yığmanın futbolçusu Vaqif Cavadovun yeni komandası Hollandiya çempionatında yaranan fasilədən istifadə edərək növbəti yoxlama oyununu keçirib. 
“Tvente”nin rəqibi Belçikanın “Anderlext” klubu olub. Yoldaşlıq oyununda “Tvente”0:5 hesabı ilə biabırçı məğlubiyyət alıb. 
Matçda “Anderlext” qollarına Busufa, Martines, Leqear, Kanu və Lukaku imza atıblar. 
Xatırladaq ki, həmyerlimiz Vaqif Cavadov bu qarşılaşmada iştirak etməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: