Vaqif Cavadovdan şad xəbər
29 Aprel 2010 Cümə Axşamı 17:15
Futbolçu bu həftə "Tvente"nin əsas heyətində debüt edə bilər.
Vaqif Cavadov bu həftə "Tvente"nin əsas heyətində debüt edə bilər. Bu barədə Hollandiyanın nusport.nl saytı məlumat yayıb. Saytın "De Telegraaf"a istinadən yaydığı xəbərə görə, komanda tam heyətlə hazırlıqlarını davam etdirir.

Zədə səbəbindən "Feyenoord"la oyunu buraxmış yarımmüdafiəçi Çeyk Tiote artıq sağalıb və məşqlərə başlayıb. Uzun müddət zədəli olan Vaqif Cavadovla Naşat Əkrəm də məşqlərə qatılır. "Tvente"nin yeganə itkisi Nikki Kuyperdir.

"Tvente" Hollandiya çempionatının son turu çərçivəsində şənbə günü "NAC Breda"nın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 17.30-da başlayacaq. "Tvente" hazırda 83 xalla turnir cədvəlinin lideridir və əsas rəqibi "Ayaks"ı bir xal qabaqlayır. Son turda çempionluğun taleyinə aydınlıq gələcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar