Vaqif Cavadova Rusiyadan təşəkkür gəldi
18 Yanvar 2012 Çərşənbə 20:20
“Volqa” klubu futbolçunun komandadan ayrılması ilə bağlı rəsmi məlumat yayıb.
Rusiyanın “Volqa” klubu Vaqif Cavadovun komandadan ayrılması ilə bağlı rəsmi məlumat yayıb. ANS PRESS-in azerisport.az portalına istinadən yaydığı xəbərə görə, Nijni Novqorod təmsilçisi futbolçumuza göstərdiyi xidmətlərə görə minnətdarlıq edib:

“Cavadov komandamızdan ayrılaraq vətəninə döndü. O bundan sonra karyerasını Ağdamın “Qarabağ” klubunda davam etdirəcək. Vaqifə komandamızda göstərdiyi əzmkarlığa görə təşəkkür edirik və ona gələcək karyerasında uğurlar arzulayırıq".



DOSTLARINLA PAYLAŞ:

oyunlar