Vaqif Cavadov yığmadan imtina etdi
23 Avqust 2010 Bazar Ertəsi 11:50
Vaqif Cavadov klubdakı işləri ilə əlaqədar Hollandiyaya gedib.
Bu gün futbol üzrə yığma komandamızın Bakı şəhərindəki təlim-məşq toplanışına start verilir. AFFA-dan verilən məlumata görə, hazırlıq prosesi avqustun 26-dək davam edəcək.

Hollandiyanın “Tvente” klubunun üzvü Vaqif Cavadovun klubdakı işləri ilə əlaqədar bu hazırlıq prosesində iştirak etməyəcəyi dəqiqləşib.

Xatırladaq ki, Vaqif Cavadovun son vaxtlar “Tvente”dən ayrılaraq digər kluba keçəcəyi ilə bağlı söz-söhbətlər səngimək bilmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar