Vaqif Cavadov "Tvente"e transfer olur
    11 Dekabr 2009 Cümə 20:40
    Hollandlar futbolçumuz Vaqif Cavadov üçün yarım milyon dollar ödəməyə hazırdır
    
                	 
    
         Azərbaycan yığması və "Qarabağ"ın əsas hücumçusu Vaqif Cavadovun qışda ölkəni tərk edəcəyi gözlənilir. Belə ki, Hollandiyanın "Tvente" klubu hücumçunun transferi ilə bağlı konkret məbləğ təklif edib.
Deyilənə görə, hollandlar Cavadovun transferi üçün yarım milyon dollar ödəməyə hazırdır. 
Qeyd edək ki, "Tvente" Ağdam klubunun digər oyunçusu Rəşad Sadiqovun da xidmətində maraqlıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: