Vaqif Cavadov qəzaya uğramış təyyarəyə minməli imiş
08 Sentyabr 2011 Cümə Axşamı 23:34
Vaqif Cavadov qəzaya uğramış təyyarəyə minməli imiş. "Volqa" klubu "Anji" ilə Mahaçqalada keçiriləcək oyuna bəlalı "Yak-42" təyyarəsi ilə uçmağı planlaşdırırdı.
Rusiyanın "Lokomotiv" hokkey klubuna məxsus olan və dünən qəzaya uğramış "Yak-42" təyyarəsi ilə bağlı maraqlı məlumat yayılıb. ANS PRESS “Fanat.az”a istinadən xəbər verir ki, Rusiya mediası bu təyyarə ilə millimizin üzvü Vaqif Cavadovun çıxış etdiyi "Volqa" klubunun da mütəmadi uçduğunu iddia edib.

Rusiyalı jurnalistlər hətta iddia edir ki, Nijni Novqorod təmsilçisi həftəsonu "Anji" ilə Mahaçqalada keçiriləcək oyuna məhz bu təyyarə ilə uçmalı imiş.

Xəbəri "Volqa"nın sabiq prezidenti Aleksey Qoyxman da təsdiqləyib. O bildirib ki, bu günə qədər təyyarədə hər hansı problem olmayıb: "Mövsümün əvvəlində bu aviaşirkət ilə müqavilə imzaladıq. Anlaşmaya əsasən, komandanı səfər oyunlarına məhz "Yak-42" təyyarəsi aparırdı. Bu günə qədər onun heç bir problemi olmayıb. Bu yaxınlarda texniki baxışdan da keçib. Təyyarənin niyə qəzaya uğradığı hələ də məndə şübhə doğurur". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar