Vaqif Cavadov Qazaxıstanı təbrik etdi
04 İyun 2011 Şənbə 10:41
Futbolçu yığmamızın Astanadakı məğlubiyyətini şərh edib
Yığma komandamızın üzvü Vaqif Cavadov Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığmasına 1:2 hesabılı məğlubiyyəti şərh edib. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, futbolçu ilk növbədə Qazaxıstan yığma komandasını qələbə münasibətilə təbrik edib.

“Rəqib meydanda bizə nisbətən daha çox istədiyini edirdi. Biz oyun üçün planlaşdırdığımız məsələləri reallaşdırmağa nail olmadıq. Çalışacağıq Bakıda keçiriləcək cavab qarşılaşmasında səhvlərimizi düzəldək”, - deyə Vaqif Cavadov bildirib.

Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Astanada baş tutan Qazaxıstan- Azərbaycan oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsilə yekunlaşıb. Komandamızın heyətində Vüqar Nadirov, rəqibdən isə 2 dəfə Sergey Qridin fərqlənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar