Vaqif Cavadov Qarabağda
10 May 2010 Bazar Ertəsi 11:35
Futbolçu Vaqif Cavadov Quzanlı qəsəbəsində “Qarabağ”ın oyununu izləyib.
Dünən Unibank Premyer Liqasında XXXI turun oyunları baş tutub. “Qarabağ” doğma Quzanlı qəsəbə stadionunda “Xəzər Lənkəran” klubu ilə qarşılaşıb.

Oyunu tribunadan “Qarabağ”ın sabiq futbolçusu, hazırda isə Hollandiyanın “Tvente” klubunun şərəfini qoruyan Vaqif Cavadov da izləyib. “Qarabağ” futbolçunun gözü qarşısında çempionatın lideri “Xəzər Lənkəran” klubunu 2:1 hesabı ilə məğlub edərək çempionluq şanslarını artırıb.

Xatırladaq ki, Hollandiya çempionatı başa çatdığından “Tvente”nin futbolçularına istirahət verilib. Vaqif Cavadov isə istirahətini doğma vətəndə etmək qərarına gəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar