Vaqif Cavadov pulsuz qalacaq
18 Aprel 2011 Bazar Ertəsi 23:39
Futbolçu Vaqif Cavadov Frankfurtda olduğu müddətdə AFFA-dan gündəlik xərclik almayacaq.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts son vaxtlar yığmada yaxşı oyun sərgiləmədiyi üçün “Bakı”nın hücumçusu Vaqif Cavadova pul cəzası kəsib. Futbolçu aprelin 18-dən 21-dək milliylə birgə Almaniyanın Frankfurt şəhərində olduğu günlərdə gündəlik xərclik almayacaq.

AFFA-nın baş katibi Elxan Məmmədov ölkə mətbuatına müsahibəsində məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Foqts belə bir qərar veribsə, AFFA onu yerinə yetirəcək.

“Foqts Vaqifin böyük məbləğdə pul cəriməsinə məhkum olacağını bildiribsə, deməli, belədir. Bu o deməkdir ki, futbolçu ayın 18-dən 21-dək Frankfurtda olduğu müddətdə pul almayacaq. Ola bilər ki, bu cəza Cavadova növbəti toplanış günlərində də şamil olunsun. Bu, Foqtsun qərarından asılıdır” - deyə E.Məmmədov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar