Vaqif Cavadov Portuqaliya ilə matçda meydana çıxmaya bilər
24 Mart 2013 Bazar 14:53
Buna səbəb futbolçunun zədədən əziyyət çəkməsidi.
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya ilə oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, buna səbəb futbolçunun zədədən əziyyət çəkməsidi.

Belə ki, millimizin üzvü martın 22-də Lüksemburqla oyunda zədə alıb. Bu üzdən o, hazırda komanda ilə birgə məşq edə bilmir. Elə bu gün baş tutan açıq məşqdə də Cavadov yığmadan ayrı, fərdi çalışmalarla kifayətlənib. Onun qarşıdakı oyunda iştirakı son anda müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu martın 26-da keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar