Vaqif Cavadov milliyə qayıda bilər
18 Oktyabr 2011 Çərşənbə Axşamı 23:14
Elxan Məmmədov: Vaqif Cavadov səhvini başa düşərək geri dönsə, onun yığmaya qəbul ediləcəyi istisna deyil.
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla bağlı qərar ilin sonunadək veriləcək. Foqtsun taleyinə İcraiyyə Komitəsi aydınlıq gətirəcək. Bunu ANS-ə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Millidən imtina etmiş Vaqif Cavadova gəldikdə isə baş katib məsələyə Nizam-İntizam Komitəsində baxılacağını və müvafiq qərar qəbul ediləcəyini vurğulayıb. Amma E.Məmmədov Vaqifin səhvini başa düşərək geri qayıdacağı təqdirdə, yığmaya qəbul ediləcəyini də istisna etmir.
Elxan Məmmədov millinin 3-4 il ərzində uğur qazanacağına ümid edir. Onun sözlərinə görə, aşağı yaş qrupları üzrə çempionata başlanması bu uğurun əsasıdır. Belə ki, indi Azərbaycanda 11 yaşdan yuxarı bütün yaş qrupları üzrə çempionat keçirilir. Təkcə 11 yaşlıların turnirində 59 komanda mübarizə aparır.
Baş katib bu il həmçinin 15 və 17 yaşlı qızlar arasında da çempionatın keçirildiyini bildirib. Bütün bu çempionatlarda isə bölgə klubları da təmsil olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: