Vaqif Cavadov millidən imtina edib
08 Oktyabr 2011 Şənbə 17:17
Futbolçu heç bir səbəb olmadan yığmanın düşərgəsini tərk edib
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilmiş Azərbaycan – Avstriya oyunundan sonra Vaqif Cavadov heç bir səbəb olmadan milli komandadan ayrılıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Türkiyə oyun ərəfəsində onun əvəzinə Arif İsayev milliyə dəvət olunub.

Qeyd edək ki, Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də, Türk Telekom Arenada Türkiyə seçmə komandası ilə qarşılaşacaq. Bununla da millimiz Avro-2012-nin seçmə mərhələsi çəırçivəsində oyunlarını başa vuracaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar