Vaqif Cavadov məşqlərə buraxılmadı
24 Noyabr 2010 Çərşənbə 22:55
Futbolçu həkimlərin məsləhətinə əsasən fərdi məşqlərlə kifayətlənməli olub
Futbol üzrə Unibank Premyer Liqasının 15-ci turunda “Xəzər-Lənkəran” klubunu qəbul edəcək “Bakı” komandası oyunun hazırlıqlarına başlayıb. ANS PRESS-in məlumatına görə, klubun bazasında keçirilən məşqdə əsas heyətin bütün futbolçuları iştirak edib. Vaqif Cavadov isə klub həkimlərinin məsləhətinə əsasən fərdi məşqlərlə kifayətlənməli olub. V.Cavadovun bir müddət sonra komanda ilə birgə məşqlərdə iştirak edəcəyi bildirilir.
Xatırladaq ki, “Bakı”–“Xəzər-Lənkəran” oyunu noyabrın 27-də keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: